Şahidlər hava şəraiti ilə əlaqədar məhkəməyə gəlməyiblər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş qaynı Fərid Yusubun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin məhkəməyə gəlmədiyi elan edilib.
Hakim bildirib ki, cinayət işində adı keçən şahidlərin bir çoxu Azərbaycanın ucqar rayonlarında məcburi köçkünlər üçün salınmış düşərgədə yaşayırlar. Həmin şəxslər də hava şəraiti ilə əlaqədar məhkəməyə gəlməyib: "Ölkədəki hava şəraitinə görə onları başa düşmək olar".
Daha sonra iclasda elan olunub ki, zərərçəkmiş E.Şəkinskinin hüquqlarını müdafiə etmək üçün onun nümayəndəsi Asəf Məmmədov məhkəməyə order təqdim edib.
Məhkəmənin növbəti iclası yanvarın 25-nə təyin edilib.
Qeyd edək ki, Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı E.Şəkinskinin evindən 60 min manat pul oğurlamaqda ittiham olunur. G.Şəkinskaya, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayalar dövlət sərhədini qanunsuz keçiblər.
Pənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərov isə onlara yardım etməkdə günahlandırılırlar. Həmin şəxslərin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Cinayət işində adları hallanan G.Şəkinskaya, onun qardaşı F.Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev barəsində axtarış elan olunub.
“İnterpol” xətti ilə beynəlxalq axtarışda olan F.Yusub xarici ölkədə saxlanılıb və Azərbaycana təhvil verilib.
F.Yusub ölkəyə gətirildikdən sonra barəsində həbs qətimkan tədbiri seçilib, müddət başa çatdıqda isə məhkəmə prokurorluğun müddətin uzadılması ilə bağlı təqdimatı təmin etməyib. F.Yusub barəsində heç bir qətimkan tədbiri seçilməyib və o, azadlıqda qalıb.
O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur.
Zərərçəkmiş qismində E.Şəkinski tanınır.
“Bakı-Tbilisi qatarının bərpası…” - Deputatdan açıqlama
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ - 500-1000 metrədək
Bakı-Tbilisi-Bakı qatarları ilə sərnişindaşımanın bərpası İlham Əliyevin taktiki addımlarının nəticəsidir - DEPUTAT
Rusiyaya gedən sürücülərlə bağlı vacib dəyişiklik
Paytaxtın 13 küçəsində sıxlıq var - SİYAHI
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO








