Salyan sakinindən narkotik maddə aşkarlanıb - FOTO

Salyan sakinindən külli miqdarda narkotik maddə aşkar edilib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, daxil olmuş məlumat əsasında Salyan polisi əməkdaşları tərəfindən rayonun Çadırlı kənd sakini, əvvəllər məhkum olunmuş, 1966-cı il təvəllüdlü Həmzəyev Tahir Barı oğlunun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilib. Baxış zamanı həyətdə 8 ədəd çətənə kolu aşkar edilib.
Bundan sonra əməliyyat tədbirlərinin davamı olaraq T.Həmzəyevin yaşadığı evin həyətində yerləşən hamama baxış zamanı, oradan 54 ədəd kibrit qutusunda, 84 ədəd siqaret kağızı bükümündə, 5 ədəd balonda və 1 ədəd sellofan paketdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Hal şahidlərinin iştirakı ilə narkotik vasitələr maddi sübut kimi polis şöbəsinə gətirilib. İlkin istintaq zamanı T.Həmzəyev törətdiyi cinayəti etiraf edib.
Faktla bağı Salyan rayon Polis Şöbəsində araşdırma aparılır.
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib













