Salyanda yol qəzasında xəsarət alan qadın xəstəxanada öldü

Salyanda baş verən yol qəzasında xəsarət alan qadın ölüb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Bakı-Ələt-Astara yolunun 50-ci kilometrliyində baş verib. Yolun Salyan rayonu ərazisindən keçən hissəsində, Neftçala rayon sakini, 1956-cı il təvəllüdlü Mircəfər Ağalarov idarə etdiyi 47 AA 081 dövlət nömrə nişanlı "Renault" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və aşırıb. Hadisə nəticəsində sürücü və onun sərnişinləri, həyat yoldaşı Mirvari Ağalarova, 1967-ci il təvəllüdlü Gülqədəm Mirzəzadə və 1956-cı il təvəllüdlü Asudə Cəfərova xəsarət alıb. M.Ağalarova aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










