Şamaxı sakinini güllələyən şəxslərin cinayət işi üzrə istintaq yekunlaşıb

Şamaxı rayonunda bir nəfəri güllələməkdə, bir nəfəri isə bıçaqla yaralamaqda təqsirliəndirilən Nadir Surxayev və Samir Cəbrayılovun cinayət işi üzrə aparılan ibtidai istintaq başa çatıb.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Əhməd Quliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası yaxın günlərdə bilinəcək.
Qeyd edək ki, hadisə ötən il iyunun 7-də şamaxı rayon mərkəzinin Axundov küçəsində qeydə alınıb. Şamaxı şəhər sakini, 1994-cü il təvəllüdlü Ceyhun Əlibala oğlu Qədimov ona naməlum şəraitdə açılan atəş nəticəsində sol əl nahiyəsindən güllə yarası alıb. Həmin hadisə zamanı C.Qədimovun yanında olan əmisi, şəhər sakini Elxan Əlibaba oğlu Qədimova isə qarınının ön divarı nahiyəsindən bir bıçaq zərbəsi vurulub. Hər iki yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.
Hadisəni törətməkdə təqsirli bilinən şəhər sakinləri Nadir Surxayev və Samir Cəbrayılov saxlanılıb.
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR










