Şamaxıda bənd uçdu, kəndi su basdı? - VİDEO-FOTO

Ötən gün və bu gün bəzi xəbər saytlarında “Şamaxıda bənd uçdu, kəndi su basdı” başlığı ilə məlumat verilib. Məlumatda qeyd olunur ki, Acıdərə çayından qidalanan balıq gölünün bəndinin uçması nəticəsində ətraf kəndləri, taxıl sahələrini, meyvə bağlarını və kənd yolunu sel aparıb və göl sahibinin iddiasian görə Bakı - Şamaxı - Yevlax yolunda aparılan işlər zamanı ərzində çıxan torpaq gölün yuxarı hissəsinə tökülüb, bu da bəndin uçmasına səbəb olub. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Avtosfer.az-a bildirilib ki, hazırda Türkiyənin “Kolin İnşaat Turizm Sanayi ve Ticaret A.Ş.” şirkəti tərəfindən “Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km hissəsinin dörd zolağa genişləndirilməsi” layihəsi çərçivəsində tikinti-quraşdırma işlərini yerinə yetirir: "Magistral avtomobil avtomobil yolunun 105-ci km –də podratçı təşkilat tərəfindən yararsız materialın qazılması və kənarlaşdırılaraq təyin edilmiş sahəyə yığılması davam etdirilir. Podratçı təşkilatın işlədiyi yerlə Acıdərə çay yatağında inşa edilmiş süni gölün arasında 2 km-dən çox bir məsafə vardır.
Qeyd etdiyimiz kimi, balıqçılıq gölü Acıdərə çay yatağında yerləşir və kipləşdirilməmiş materialdan, köhnə dəmir beton borulardan inşa edilib. Aprelin 13-də yağan yağış nəticəsində çayda suyun səviyyəsi artıb və çay yatağında olan süni gölün bəndi uçub. Bundan başqa çayda suyun səviyyəsinin artması nəticəsində yol təsərrüfatına heç bir ziyan dəyməyib.
Emin
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO




















