Şamaxıda film kimi olay - Ailə kəndi tərk etdi, amma qan davası bitmədi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Sahib Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə S.Zeynalov 6 il 6 ay azadlıqdan məhrum edilib. İttihama görə, Şamaxı rayonunun Dağ-Bağırlı kəndində kənd sakini Sahib Zeynalov dava zamanı həmkəndlisi və qohumu olan Həbib Qafarova küt alətlə ağır xəsarətlər yetirib. Davada 10 nəfərdən artıq şəxs iştirak edib. Kütləvi davanın səbəbi isə illər əvvəl baş verən qətl hadisəsi olub. Həbib Qafarovun qardaşı 2008-ci ildə məclislərin birində mübahisə zəminində Sahib Zeynalovun qardaşını qətlə yetirib. Bu hadisədən sonra ailələr arasında düşmənçilik münasibəti yaranıb. Qafarovlar ailəsi kəndi tərk etmək məcburiyyətində qalıb və 10 il sonra kəndə qayıdıb. Zeynalovlar Qafarovların həyətinə gələrək onlardan kəndi tərk etmələrini istəyib, istədikləri cavabı almayan zaman mübahisə və kütləvi dava başlayıb. Dava zamanı Həbib Qafarov və oğlu döyülüb. Ciddi xəsarəti isə Həbib Qafarov alıb. Bu hadisədən sonra davada iştirak edən şəxslər barəsində Cinayət Məcəlləsinin 128.1-ci (Qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsi ilə cinayət işi açılıb. Həmin şəxslər cərimələnib. Yalnız Sahib Zeynalov barəsində iş ayrıca icraata verilib və ona daha ağır maddə ilə ittiham irəli sürülüb. Daha sonra ona qarşı ittiham irəli sürülən maddə Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərərvurma) maddəsinə tövsif edilib.
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI










