Şamaxıda güclü külək fəsadlara səbəb olub – FOTO

Bu gün günortadan sonra Şamaxı rayonunda güclü külək başlayıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, külək rayonun Şəhriyar qəsəbəsində dağıntılara səbəb olub. Qəsəbədəki 5 mərtəbəli yaşayış binasının dam örtüyü güclü küləkdən sonra yararsız vəziyyətə düşüb. Belə ki, külək dam örtüyünün bir hissəsini qoparıb atıb.
Damdan qopan dəmir və taxta parçaları ətrafa səpələnib. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti əraziyə cəlb olunub.
Fəsadların ardan qaldırılması istiqamətində işlərə başlanılıb. Təhlükəni nəzərə alan briqada, küləyin zədələdiyi dam örtüyünü binanın üzərindən götürüb.
Qeyd edək ki, hazırda binada 24 ailə yaşayır.
Küləyin binaya vurduğu zərərin miqyası barədə Rayon İcra Hakimiyyətinə məlumat verilib.
Sakinlər qarlı-şaxtalı havanı nəzərə alaraq, dam örtüyünün tez bir zamanda bərpa olunmasını istəyirlər.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












