Şamaxıdakı zəlzələ təkrarlana bilər? - Qurban Yetirmişli danışdı

“Zəlzələnin yenidən başvermə ehtimalı yoxdur. Təkrarlanma yalnız xırda təkanlar şəklində ola bilər”.
Avtosfer.az xəbər verir ki, bunu “Yen Sabah”a açıqlamasında Azərbaycan Milli Elmlər Aakademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, 4,7 maqnitudalı zəlzələnin ardınca 3.3 bal gücündə yeni təkan da qeydə alınıb: “Lakin qorxulu heç nə yoxdur. Avterşoklar hesabında enerji boşalması getməlidir ki, tarazlıq bərpa olunsun. Ümumiyyətlə, belə xırda təkanlar tez-tez baş verir. Azərbaycan seysmik zonada yerləşmir. Bizdə yalnız yüngül tərpənişlər baş verə bilər. Narahtlığa əsas yoxdur”.
Qeyd edək ki, Şamaxı rayonunda 4,7 maqnitudalı zəlzələ qeydə alınıb. Yerli vaxtla 15:52-də qeydə alınan yeraltı təkanların dərinliyi 12 km olub.
Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












