Samur çayı üzərindəki körpünün tikintisi noyabrda yekunlaşa bilər

Azərbaycanla Rusiya arasında Samur çayı üzərində salınan avtomobil körpüsünün tikintisinin bu ilin noyabrında başa çatdırılması nəzərdə tutulur. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev körpünün tikintisinə baxış zamanı bildirib.
Nazirin sözlərinə görə, yeni tikilən körpü yüklərin daşınması üçün daha əlverişli şərait yaradacaq və sərhəddən keçidi tezləşdirəcək: “Körpü istifadəyə verildikdən sonra yük avtomobillərinin keçid müddəti azalacaq və bununla da ölkələr arasında ticarət dövriyyəsi daha da artacaq. Körpü tikintisinə lazım olan maliyyə vəsaiti Azərbaycan və Rusiya arasında bərabər hissələrlə ödəniləcək. Artıq 50 faiz Azərbaycan, 50 faiz isə Rusiya höküməti tərəfindən ödənilib. Tikintinin bu il noyabrın sonunadək başa çatdırılması nəzərdə tutulub. Beləliklə yüklərin daşınması üçün daha rahat şərait yaranacaq".
Qeyd edək ki, körpünün dəyəri 38 milyon manat təşkil edir.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










