Şarj məntəqəsində parkinq pulu tələb edilən sürücünün şikayətinə QURUMLARDAN AÇIQLAMA - VİDEO

Bakıda avtomobilini şarj edən sürücüdən parklanma üçün ödəniş tələb olunmasıyla bağlı görüntü sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl Ağ Şəhər ərazisində qeydə alınıb. Şikayətçi bildirib ki, maşınını enerjiylə təchiz etmək üçün dayandıqdan bir müddət sonra “Azparking”in işçisi ona yaxınlaşıb və avtomobili park etdiyi üçün ödəniş edəcəyini qeyd edib. Sürücü isə maşınını şarj etməyə məcbur olduğu üçün sözügedən ərazidə avtomobilini saxladığını vurğulayaraq ona iradını bildirib.
"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, şarj məntəqələri üçün ayrılmış ərazilər yaşıl boyayla rənglənib və yol nişan quraşdırılıb: “Şarj məntəqələrinin yeri yaradılmış komissiya tərəfindən öncədən təyin olunur. “Azərişıq” şarj məntəqələrinin quraşdırılmasıyla bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirir”.
Məsələylə bağlı AYNA-nın mətbuat katibi Tural Orucov saytımıza geniş açıqlama verib: “Enerji doldurma cihazları ödənişli parklanma yerlərində quraşdırılıbsa, zonaya uyğun olaraq parklanmaya görə ödəniş edilməlidir. Ödənişsiz parklanma yerlərində isə parklanmaya görə hər hansı bir ödəniş tələb olunmur.
Elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurma məqsədilə parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla, nəqliyyat vasitələrinin parklanması qadağandır. Hətta elektrik mühərrikli avtomobillər həmin məntəqədə yalnız təyinatı üzrə şarj etmək üçün parklana bilər. Əks təqdirdə 20 manat məbləğində cərimə nəzərdə tutulub”.
Nərmin
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR












