"Şəhidlər xiyabanında qeyri-etik hərəkətlər edən turistlər 5 il həbs edilə bilər" – HÜQUQŞÜNAS - FOTO

Azərbaycana daha əvvəl turist kimi gələn əcnəbi vətəndaşların Bakıda Şəhidlər xiyabanında qeyri-etik hərəkətlər edərək video çəkib və sosial şəbəkələrdə paylaşıb. Sözügedən görüntülər ictimaiyyət arasında ciddi narazılıq doğurub.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, həmin şəxslər ötən gün polis əməkdaşları tərəfindən dərhal saxlanılıb və araşdırmalara başlanılıb. Onların müqəddəs məkan hesab olunan Şəhidlər xiyabanında nümayiş etdirdikləri bu davranış Azərbaycan cəmiyyətinin dəyərlərinə hörmətsizlik kimi qiymətləndirilib.
Hazırda turistlərin hərəkətlərinə hüquqi qiymət verilməsi istiqamətində tədbirlər görülür. Onları hansı cəza gözləyir?
Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Avtosfer.az-a açıqlamsında bildirib ki, cinayət işi başlanıb, amma hələ ortada yekun məhkəmə aktı yoxdur:

“Bu istiqamətdə araşdırmaya polis başlayacaq və davam etdirəcək. Bu maddənin sanksiyasında həbs nəzərdə tutulduğuna görə, mütləq şəkildə bu şəxslərə dövlət hesabına vəkil ilə təmin olunacaq.
Məsələ ondan ibarətdir ki, bu şəxslərin törətdiyi əmələ istintaq öz hüquqi qiymətini verəcək və iş materialları toplanaraq məhkəməyə təqdim olunacaq. Amma yekun məhkəmə qərarı nə olacaq? Bəlkə də prosesin gedişatında əmələ görə maddənin tövsifi dəyişdirilərək başqa maddəyə keçirilə bilər.
Burada, düzdür, cəmiyyət üçün kifayət qədər həssas bir məsələdir və Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti şəhidlərinə qarşı bu cür davranışa ən sərt reaksiyanı verdi. Mən də hesab edirəm ki, bu reaksiya doğru idi.
Amma əməlin hüquqi qiymətləndirilməsini yalnız məhkəmədən sonra biləcəyik. Məhkəmə bu əməlin sonuna qədər 245-ci maddə ilə tövsif olunmasına gedəcək, yoxsa prosesin ortasında maddə dəyişdiriləcək? Məsələn, hüquqşünasların bir çoxu düşünür ki, bu əməlin tövsifi dəyişdiriləcək, yəni maddəsi dəyişdiriləcək.
Əgər istintaq yekunda 245-ci maddə ilə nəticələnərsə, əlbəttə ki, bu şəxslərə verilə biləcək cəza 5 ilə qədər ola bilər”.
Eltac Zülfüqaroğlu
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












