Səhiyyə Nazirliyi gəmidəki qəza ilə bağlı məlumat yaydı

Xəzər dənizində, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “İsrafil Hüseynov” borudüzən gəmisinin borudüzmə zonasında baş vermiş qəza nəticəsində ümumilikdə 14 nəfər xəsarət alıb. Avtosfer.az xəbər verir ki, bu barədə ONA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov məlumat verib.
O bildirib ki, xəsarət alanlardan 7 nəfər reanimasiyaya yerləşdirilib: “Reanimasiyada olan yaralılardan 3 nəfərin vəziyyəti ağırdır".
P.Abubəkirov qeyd edib ki, xəsarət alanlardan 7 nəfər stasionar şəraitdə müalicə olunur.
Qeyd edək ki, ötən gün axşam saatlarında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin balansında olan “İsrafil Hüseynov” borudüzən gəmisinin borudüzmə zonasında texnoloji avadanlıqların birində qəza baş verib. “Saipem” şirkəti tərəfindən icarəyə götürülmüş gəmidə hadisə nəticəsində yanğın baş verib. 14 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












