Şəkidə 3 nəfərdən qanunsuz silah-sursat aşkarlanıb

Gündəm 1 Fevral 2019 13:14
Şəkidə 3 nəfərdən qanunsuz silah-sursat aşkarlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Şəki rayonunda 3 nəfərdən qanunsuz silah aşkarlanıb. Bu barədə Avtosfer.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, daxil olmuş məlumat əsasında Şəki rayonunun Baş Zəyzid kəndi ərazisində kənd sakinləri Ə.Kərimov, H.Ağaşirinov, A.Musayev və M.Kərimov saxlanılıblar. Onlardan müvafiq sənədləri olmayan 3 ədəd “TOZ” markalı tüfəng və 32 ədəd patron aşkar edilərək götürülüb və Şəki Şəhər Rayon Polis Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 1462
ŞƏRH YAZ
Ad

E-mail

Şərh