Banner

Şəkidə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib - FOTO

Gündəm 30 Mart 2019 13:06 Oxunub 1155
Şəkidə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, tarixçi, polis veteranları və şəxsi heyət iştirak edib

Şəki Şəhər Rayon Polis Şöbəsində 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib. Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, tarixçi, polis veteranları və şəxsi heyət iştirak edib.

Çıxış edən ŞRPŞ-nin rəisi, polis polkovniki Azər Muradov bildirib ki, ermənilər iki əsrdən artıq müddətdə azərbaycanlılara qarşı soyqırımlar, kütləvi qırğınlar, amansız cinayətlər törədiblər. 1918-ci ilin martında erməni daşnakları tərəfindən Azərbaycanın Bakı, Quba, Qarabağ, Şamaxı, Kürdəmir, Salyan, Lənkəran və başqa bölgələrində törədilən soyqırımı nəticəsində on minlərlə günahsız insan qətlə yetirilib. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin fərmanına əsasən martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan olunub. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işi uğurla aparılır.

Daha sonra tarixçi Pərviz Zeynalov erməni millətçiləri tərəfindən zaman-zaman xalqımıza qarşı yürüdülən etnik təmizləmə və soyqırım siyasəti barədə geniş məruzə ilə çıxış edib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni yaraqlıları tərəfindən həyata keçirilmiş və öz amansızlığı ilə seçilən vəhşiliklər, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı faciəsi, Azərbaycan Respublikasının digər rayonlarının işğalı və onların ağır nəticələri, xalqımıza qarşı yürüdülən bu etnik təmizləmə və soyqırımın mahiyyət etibarilə Ermənistanın seperatçılıq, terrorçuluq siyasətinin tərkib hissəsi olduğunu bildirib.

Daha sonra çıxış edənlər 31 mart soyqırımının həm də bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu söyləyiblər, tarixən ermənilərin azərbaycanlılara qarşı yönəlmiş təxribatlarından bəhs ediblər.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh