Şəkidə avtobus qəzası: 10 yaralı

Şəki şəhərində mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların sayı 10 nəfərə çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu, "Mercedes" markalı mikroavtobusun Qax rayonundan olan 1987-ci il təvəllüdlü sürücüsü Əliyev Akşin Adil oğludur. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağırdır.
***11:15
Şəki şəhərində mikroavtobusun iştirakı ilə baş verən qəzada yaralananların adları məlum olub. Yaralananların əkəsəriyyəti Qaxdan Bakı istiqamətində hərəkətdə olan "Mercedes" markalı mikroavtobusun sərnişinlərdir.
Yaralılar bunlardır:
Bakı sakini - 53 yaşlı İsa Bədrəddin oğlu Hacıyev
Cəlilabad rayon sakini - 26 yaşlı Fərid Zakir oğlu Səmədov
Qax rayon sakini - 24 yaşlı Elməddin İsrafil oğlu İsrafilov
Qax rayon sakini - 36 yaşlı Tural Abdulla oğlu Babayev
Qax rayon sakini - 25 yaşlı Nailə Nəsib qızı Seyidova
Qax rayon sakini - 22 yaşlı Abdul Məcid oğlu Seydəliyev
Bakı sakini - 26 yaşlı Ülfət Qulam oğlu Məmmədli
Qax rayon sakini - 32 yaşlı Neyman Nəriman oğlu Nurməmmədov
Qax rayon sakini - 5 yaşlı Vüqar Emin oğlu Həzrətov
Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yaralılardan 25 yaşlı Nailə Seyidovanın vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralılar cərrahiyyə şöbəsində müalicə olunur.
***10:44:
Şəki şəhərində 9 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistralının yolun Şəki rayonu Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "99-HD-777" dövlət qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobillə "Mercedes Vito" markalı mikroavtobus toqquşub. Nəticədə 9 nəfər bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı














