Şəkidə avtomobil qaçıran şəxslər saxlanılıb - FOTO

Şəki Şəhər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən taksi fəaliyyəti ilə məşğul olan şəhər sakini T.Mustafazadə mayın 27-i gecə saatlarında 2 nəfər sərnişini dedikləri ünvana çatdırdıqdan sonra onlar xidmət haqqını ödəməkdən imtina etdikləri üçün aralarında mübahisə yarandığını, daha sonra həmin şəxslər tərəfindən “Vaz 2109” markalı avtomobilinin qaçırıldığını bildirib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Keçirilmiş tədbirlər nəticəsində həmin avtomobili qaçıran və daha sonra saxlayıb tərk etmiş şəxslərin əvvəllər məhkum olunmuş 2 nəfər, şəhər sakinləri - Zaur Rəşidov və Ruslan Həsənov olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Saxlanılan şəxslər həmin hadisə zamanı sərxoş olduqlarını etiraf ediblər.
Faktla bağlı araşdırma aparılır.
Namiq
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI










