Şəkidə piyadanı vurub qaçan sürücü saxlanılıb

Şəki rayonunda avtomobillə piyadanı vurub qaçan sürücü saxlanılıb.
Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Aşağı Göynük kəndi ərazisində piyadanı vuraraq hadisə yerindən yayınan Şəki şəhər sakini Ruslan Zeynalov saxlanılıb.
Onun yol-nəqliyyat hadisəsini idarə etdiyi "VAZ-2106" markalı avtomobillə törətdiyi məlum olub.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.
Xatırladaq ki, hadisə Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Şəki rayon Baş Göynük kənd sakini 57 yaşlı Balabəy Allahverdiyev həmin yolda minik avtomobili tərəfindən vurulub. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Ona sağ baldır sümüyünün və sağ 6,7,8,9-cu qabırğaların sınığı diaqnozu qoyulub.
Yaralının müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










