Sel üç hərbçini apardı

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayəti Mircavə rayonunda üç sərhədçini sel aparıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın Sistan və Bəluçestan vilayəti valisinin hüquq-mühafizə məsələləri üzrə müavini Məhəmməd Hadi Mərəşi deyib. Hadi Mərəşinin sözlərinə görə, Mircavə rayonu 93 nömrəli sərhəd müşahidə qülləsi selin içində qalıb. Hadi Mərəşi əlavə edib ki, müşahidə qülləsini tərk etmək istəyərkən sərhədçilərdən birini sel aparıb, onu xilas etmək istəyən iki hərbçini də sel aparıb. “İndiyədək hərbçilərdən birinin cəsədi tapılıb, ikisinin cəsədinin tapılması üçün axtarışlar davam edir” – deyə o qeyd edib. Ötən gündən başlayaraq İranın Sistan və Bəluçestan vilayətində aramsız yağan yağışlar çayların daşması ilə nəticələnib və vilayətin bəzi yolları bağlanıb.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












