Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI

Gündəm 27 Avqust 2026 16:11
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
WhatsApp kanalımıza abunə olun

Sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı yeni ödənişlər tətbiq ediləcək. Yeni qaydalar texniki qurğu və avadanlıqlardan istifadə etməklə suyun götürülməsi, tullantı sularının su obyektlərinə axıdılması və su akvatoriyasından istifadə ilə bağlı olacaq.

Avtosfer.az xəbər verir ki, ödənişlərin məbləği suyun götürüldüyü mənbədən və istifadə məqsədindən asılı olaraq dəyişəcək. Yeni tariflərin sahibkarların xərclərinə və son nəticədə məhsul və xidmətlərin qiymətlərinə necə təsir edəcəyi isə diqqət çəkən məsələlərdəndir.

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, sənaye məqsədləri üçün suyun istifadəsinə görə müəyyən edilən yeni tariflərin vətəndaşlara birbaşa təsiri olmayacaq:


"Burada söhbət vətəndaşların şəxsi istifadəsi üçün nəzərdə tutulan sudan deyil, sənaye məqsədləri ilə istifadə olunan sudan gedir. Məsələn, sənaye müəssisələrində müxtəlif avadanlıqların soyudulması üçün sudan istifadə edilir. Burada qiymətlər də böyük məbləğlər deyil. Dənizdən götürülən 100 kubmetr su üçün cəmi 40 qəpik ödəniləcək. Vətəndaş dənizdən su götürmür ki. Bildiyim qədər, dəniz suyundan, məsələn, “AzərEnerji” elektrik stansiyalarında soyutma məqsədilə istifadə edir. Su qızdırılır, daha sonra soyudulur və bu proses sənaye məqsədləri daşıyır. Vətəndaşın dənizdən su götürüb istifadə etməsi isə nəzərdə tutulmur. Şirin su mənbələrindən, yəni çay və göllərdən götürülən su üçün də müəyyən tariflər tətbiq olunacaq”. 
İqtisadçı əlavə olaraq qeyd edib ki, 100 kubmetr su 100 ton deməkdir və biznes üçün müəyyən edilən tariflər əhəmiyyətli əlavə xərc yaratmayacaq:
“Vətəndaş hazırda bir ton su üçün 70 qəpik, kanalizasiya üçün isə 30 qəpik ödəyir. Yəni su və kanalizasiya birlikdə bir ton üçün 1 manat təşkil edir. 100 ton su üçün vətəndaş 100 manat ödəyir. Biznes üçün isə 40 qəpik, 4 manat və 40 manat kimi tariflər müəyyənləşdirilib. Buna görə də bunun vətəndaşa birbaşa təsir edəcəyini düşünmürəm. Biznes üçün də əhəmiyyətli xərc yaranmayacaq. Kənd təsərrüfatında müəyyən xərclərin dəyişə biləcəyini də vurğulayıb. Onun sözlərinə görə, kənd təsərrüfatında suvarma üçün əvvəllər də müxtəlif ödənişlər həyata keçirilirdi. Əvvəllər də müəyyən qiymətlər var idi, indi isə bu tariflər rəsmiləşdirilərək müəyyənləşdirilib. Ona görə də son istehlakçıya, yəni vətəndaşa əhəmiyyətli təsir görmürəm”.

Fatimə

Oxunub : 78
ŞƏRH YAZ
Ad

E-mail

Şərh