Şeremetyevo aeroportu insidentdən sonra işini tam bərpa edib

Moskvanın Şeremetyevo hava limanının ikinci zolağı Azərbaycandan gələn təyyarənin üzləşdiyi insidentdən sonra öz işini bərpa edib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, aeroport rəhbərliyi hadisə ilə bağlı 15 reysi ləğv etmək və 30-dan çox reysin vaxtına düzəliş etmək məcburiyyətində qalıb. Məlumata görə, Azərbaycandan gələn biznes sinfli "Jet Air Group" tipli təyyarənin uçuş-eniş zolağından çıxmasından sonra, hava limanının ikinci uçuş-eniş zolağının işi müvəqqəti olaraq dayandırılıb.
Moskva Regionlararası Nəqliyyat Prokurorluğunun məlumatına görə, təyyarə zolaqdan 50 metr kənara çıxıb. Hava gəmisində 3 sərnişin və 3 heyət üzvü olub. Zərər çəkən olmayıb. Faktla bağlı araşdırmalara başlanıb. Aeroport isə hazırda ştat rejimində fəaliyyət göstərir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












