Sərhəddən 4 kiloqram narkotik vasitə keçirən şəxslər saxlanılıb - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alınıb.
DSX-nın Mətbuat Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, xidmətin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində martın 22-də Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində aşkaredici qurğudan dövlət sərhədinin pozulması barədə siqnal daxil olub.
Sərhəd zastavası dərhal “silaha” komandası ilə qaldırılaraq həmin sahə istiqamətində hərəkət edib və İran İslam Respublikasından Azərbaycana doğru 2 nəfərə məxsus ayaq izləri aşkarlanıb.
Dövlət sərhədinin pozulması ilə əlaqədar Daxili İşlər Nazirliyinin Füzuli rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində 23 mart tarixində saat 07:00 radələrində Horadiz-Bakı avtomobil yolunun Füzuli rayonu Aşağı Yağlıvənd kəndi hissəsində “Opel” markalı avtomobildə olan 1 nəfər İran İslam Respublikasının vətəndaşı 1993-cü il təvəllüdlü Xeyrabadi Səccad Qurban oğlu, 2 nəfər Azərbaycan vətəndaşı 1989-cu il təvəllüdlü İlyasov Zöhrab Şərafəddin oğlu və 1992-ci il təvəllüdlü Əliyev Toğrul İsa oğlu şübhəli şəxs qismində saxlanılıblar.
Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-qoşun axtarış tədbirləri nəticəsində daha bir nəfər İran İslam Respublikasının vətəndaşı Cəfəri Fərhad Nəzi oğlu tutulub, əraziyə baxış zamanı ümumi çəkisi 3 kq 995 qr olan (1 kq 995 qr kokos, 2 kq marixuana və 1510 ədəd metadon həbi) narkotik vasitə aşkar olunaraq götürülüb.
Qeyd olunan fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Namiq
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT












