Sərnişindaşımada dəmiryolunun rolu artacaq - VİDEO

Gələn ildən etibarən Bakıdan Qəbələyə elektrik qatarı ilə 3 saata getmək mümkün olacaq. Avtosfer.az xəbər verir ki, bunu Xəzər Televiziyasına müsahibəsində "Azərbaycan Dəmiryolları" QSC-nin sədri Cavid Qurbanov deyib. Cəmiyyətin sədri digər böyük layihələrin inşası ilə bağlı da danışıb. Ölkənin əsas turizm mərkəzlərindən birinə çevrilən Qəbələyə qatarla getmək gələn ildən mümkün olacaq. Cavid Qurbanov bildirib ki, sözügedən xətt istifadəyə verildikdən sonra burada ən müasir elektrik qatarlarından istifadə ediləcək. Bu isə paytaxtdan Qəbələyə qısa müddətdə qatarla səyahət imnakı verəcək. Ölkənin digər böyük turizm mərkəzlərindən olan Şahdağa da dəmir yolu çəkiləcək. Bununla bağlı Prezidetin müvafiq sərəncamı var və vəsait də ayrılıb. Cavid Qurbanov paytaxtda dəmiryol şəbəkəsinin genişləndirilməsi ilə bağlı bildirib ki, təkcə Bakını yox, bütövlükdə Abşeron yarımadasını əhatə edən dəmiryol şəbəkəsi yaradılacaq. Beləliklə, paytaxt daxili sərnişindaşımada dəmiryolunun rolu xeyli artacaq.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












