Sərxoş halda elektrikli velosiped idarə etdi CƏRİMƏLƏNDİ

Türkiyənin Bursa şəhərində alkoqollu vəziyyətdə elektrikli velosiped idarə edən qadın sürücü saxlanılıb.
Avtosfer.az xəbər verir ki, yoxlama zamanı onun qanında 2,08 promil spirt olduğu müəyyən edilib. Hadisədən sonra sürücüyə 50 min Türkiyə lirəsi (təxminən 2 100–2 200 manat) məbləğində inzibati cərimə tətbiq edilib.
Bursa İl Polis İdarəsinin Yol Hərəkətinə Nəzarət Şöbəsinin əməkdaşları şəhərin müxtəlif ərazilərində alkoqol reydi keçiriblər. Bursalı Tahir prospektində aparılan yoxlamalar zamanı şübhəli şəkildə hərəkət etdiyi bildirilən elektrikli velosiped saxlanılıb.
Yoxlama zamanı "Evə gedirəm" deyən sürücü Aleyna B.-yə(adlar şərtidir) alkometr testi tətbiq olunub. Testin nəticələrinə əsasən onun 2,08 promil sərxoş vəziyyətdə olduğu məlum olub.
Sürücü alkoqol testindən sonra polis bölməsinə aparılacağını öyrənəndə buna etiraz edib.
"Ora niyə getməliyəm? Motosiklet burada qalsın, açarını götürün. Məni apara bilməzsiniz. Mən nəqliyyat vasitəsini qoyub gedərəm. Polis bölməsinə getməyə məcbur deyiləm. Yazın nə qədər cərimə yazırsınız, amma məni buradan apara bilməzsiniz", – deyə o, polis əməkdaşlarına bildirib.
Eltac Zülfüqaroğlu
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü keçirilir - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO












