Sərxoş qadın aeportda dava saldı: Sizi gülləyəcəyəm! – VİDEO

ABŞ-dakı Fort Loderdeyl şəhərindəki beynəlxalq hava limanında olay yaşanıb. JetBlue aviaşirkətinin reysi texniki problemlərlə bağlı 10 saat təxirə düşmüşdü. Sərnişinlərdən biri sinirlənib və insident yaradıb. Avtosfer.az milli.az-a istinadən bildirir ki, qadına başqa təyyarədə, başqa reysdə uçuş təklif olunub. Sərxoş qadın isə JetBlue aviaşirkətinin nümayəndəsinə hücum çəkib, qeydiyyat bölməsində qışqırmağa, bağırmağa başlayıb. Sonda isə o, "Məndə tapança var, gülləyəcəyəm sizi" deyib. "Mənim kimi qadını bu hala niyə salırsınız?! Sən təcavüzkarsan, əxlaqsızsan, manyaksan. 4 ildir ki, sizin aviaşirkətin təyyarələri ilə uçuram. Hər dəfə də problemlər yaranır", - isteriyaya qapılmış qadın qışqırırdı. Həmin qadın Kaliforniya ştatındakı San-Markos şəhərinin sakini, 26 yaşlı Sabrina Tomas idi. JetBlue aviaşirkətinin yaydığı məlumata görə, qadın sərxoş olduğu üçün təyyarəyə buraxılmayıb. O, Florida ştatında hospitala psixi durumun müayinəsi üçün aparılıb.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










