Sərxoş şəxs marşruta atəş açdı: O, tapançanın atəş gücünü yoxlamaq istəyib

Tümen sakini marşrut taksisinin şüşəsinə atəş açıb. Onun sözlərinə görə, o, pnevmatik tapançanın atəş gücünü yoxlamaq istəyib.
Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə aprelin 29-u DİN-nin Tümen regional idarəsindən məlumat verilib.
Məlumatda deyilir ki, “Şəhər polisinə yerli sakinlərdən ərazidə baş verən xuliqanlıq faktı ilə bağlı şikayət daxil olub. Polis əməkdaşlarının araşdırması zamanı məlum olub ki, minik avtomobilində olan şəxs, dayanacaqda dayanaraq sərnişin mindirib-düşürən mikroavtobusun yan şüşəsinə pnevmatik tapançadan atəş açıb. Vətəndaşlardan xəsarət alan olmayıb. Lakin, mikroavtobusa maddi ziyan dəyib”.
Qanun keşikçiləri təhlükəsizlik kamerasına düşən görüntüləri izlədikdən sonra avtomobilin qeydiyyat nişanını və markasını qeyd ediblər.
Əməliyyat-axtarış tədbirləri nəticəsində 32 yaşlı şəhər sakini yaxalanıb.
Bildirilir ki, şəxs sərxoş olub və o, pnevmatik tapançanın atəş gücünü yoxlamaq üçün marşrutun şüşəsinə atəş açıb.
Hazırda Xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.
Namiq
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT












