Səudiyyəli qadınlar bu aydan ilk dəfə stüardessa işləyəcəklər

Səudiyyə Ərəbistanından olan ilk qadın təyyarə bələdçiləri bu ay işə başlayacaqlar. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, Səudiyyənin "Flynas" büdcə aviaşirkətinə məxsus hava gəmilərinin göyərtələrində sərnişinlərə xidmət edəcək stüardessalar müvafiq kursları bitiriblər. Ümumiyyətlə, "Flynas" iki il ərzində 300 stüardessa hazırlamağı planlaşdırır. Bələdçilərin formalarının Səudiyyədə adət və ənənələrinə uyğun olacağı bildirilir. Bu işdə çalışmaq istəyən qadınlar orta təhsilli olmalı, ingilis dilini bilməli və beynəlxalq aviasiya standartlarına cavab verən boy və çəkiyə malik olmalıdırlar. Xatırladaq ki, ötən il Səudiyyə Ərəbistanında ilk dəfə olaraq qadınlara avtomobilləri idarə etmə hüququ və taksi sürücüsü işləməyə icazə verilib.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










