Sevgilisi məmura 8 martda "Porsche" bağışladı, onu çıxılmaz vəziyyətə saldı

Tatarıstan Respublikasının İnvestisiya inkişafı agentliyinin rəhbəri Taliyə Minullina Beynəlxalq qadınlar günü münasibətilə ona bağışlanmış “Porsche” avtomobilindən imtina edib. Avtosfer.az Virtualaz.org-a istinadən xəbər verir ki, qadının sözlərinə görə, maşın ona sevgilisinin hədiyyəsidir. Məmur jurnalistlərə bildirib ki, sevgilisindən maşını satmağı xahiş edib. “Hədiyyə ediblər, bəli. Amma mən götürmədim”, - o deyib.

Qadının sözlərinə görə, ona hazırda şəxsi avtomobil lazım deyil: daim işdədir, tez-tez ezamiyyətlərə gedir. “İqtisadi cəhətdən bu, məqsədəuyğun deyil! Ona tapşırdım ki, maşını satsın və Tatarıstana sərmayə qoysun. Bu, mənim üçün ən böyük hədiyyə olar”, - Minullina qeyd edib.
Bildirildiyinə görə, bahalı hədiyyə haqqında qadın məmur ilk dəfə jurnalistlərə deyil, məşhur teleaparıcı Leonid Yakuboviçə danışıb. “Pole çudes” verilişinin aparıcısını Tatarıstana respublika hökumətində işləyən qadınları təbrik etmək üçün çağırıbmışlar. Yakuboviç qadından doğrudanmı onun bu cür bahalı hədiyyə bağışlayan sevgilisinin olduğunu xəbər alıb. “Əlbəttə. “Porsche” bağışlayıb, amma onu necə qeydiyyatdan keçirəcəyimi bilmirəm. Çünki mənə olmaz”, - Minullina cavab verib. Buna qarşılıq olaraq Yakuboviç qadın məmurdan sevgilisinin ünvanını istəyib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












