Şəxsdən narkotik vasitə və psixotrop maddə aşkarlanıb

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında idarənin Biləsuvar gömrük postunda İrandan ölkəmizə gələn Azərbaycan vətəndaşı saxlanılıb.
Komitədən Avtosfer.az-a verilən məlumata görə, saxlanılan şəxs şifahi sorğu sual zamanı üzərində qadağan olunmuş hər hansı predmetin, o cümlədən narkotik vasitə, yaxud psixotrop maddənin olmadığını bildirib.
Lakin hərəkətləri şübhə yaratdığından Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın daxili orqanı - düz bağırsağında 3 büküm aşkarlanıb. Bükümlərdən birində qablaşdırması ilə birlikdə çəkisi 200 qram olan, açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, digər iki bükümdə isə qablaşdırması ilə birgə çəkisi 104 qram olan ağ, xırda kristal halda psixotrop maddə - metamfetamin olduğu məlum olub.
Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Namiq
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB










