Seyf oğurlayan keçmiş məhkumun apellyasiya şikayəti təmin edilməyib

Bakı Apellyasiya Məhkəməsində oğurluq etmədə təqsirləndirilən Rafiq Məmmədov, Elşən Aslanov və Rüfət Qurbanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib.
İttiham aktına əsasən, R.Məmmədov, E.Aslanov və R.Qurbanov qabaqcadan əlbir olaraq, bir qrup şəxs halında təkrar özgənin külli miqdarda əmlakını saxlanc yeri olan binaya qanunsuz daxil olub oğurluq ediblər. Həmçinin R.Məmmədov və E.Aslanov satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin əldə edərək saxlayıb.
Cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, R.Məmmədov tanışı Vaqif Rəhimovla birgə 2006-cı ildə "Karvan L" şirkətinin ofisindən, ümumilikdə, 190 min 496 manat, 2008-ci ildə "Moqobs" MMC-nin ofisindən 158 min 594manat, 2010-cu ildə "Saqa" gəmi təmiri şirkətinin ofisindən 40 min 800 manat, 2011-ci ildə "Təmizləmə avadanlıqlarının satışı mağazası"ndan 510 min manat məbləğində pul oğurlayıb.
2014-cu ildə həbs edilən R.Məmmədov oğurluqda təqsirli bilinib və Bakı Ağır Cinayətlərinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum olunub. 2016-cı ildə isə o, Xətai Rayon Məhkəməsinin qərarı ilə 5 ay 17 gün çəkilməmiş cəzadan vaxtından əvvəl şərti azadlığa buraxılıb.
R.Məmmədov məhkumluğu götürülmədən və ödənilmədən yenidən cinayətə əl atıb.
Belə ki, o, 2016-cı ildə Rasim Əliyevə məxsus Bakı şəhəri ərazisində yerləşən ofisdən 7 min manat pul oğurlayıb. 2017-ci ildə isə R.Məmmədov Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsində iş otağına qanunsuz daxil olub. O, həmin otaqda şöbənin müdri Anar Kazımova məxsus olmaqla içərisində möhür və blanklar olan 1050 manat dəyərində "FDX-30" markalı seyfi talayaraq aparıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Məmmədov 11 il, E.Aslanov 7 il və R.Qurbanov isə 6,6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT










