Siandan Orta Dəhlizlə 100 mininci konteyner göndərilib

Bu günə qədər Çinin Sian şəhərindən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə 100 min yük konteyneri göndərilib.
Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, bu barədə Qazaxıstan Dəmir Yollarının mətbuat xidməti məlumat yayıb.
"Bu terminaldan 100 mininci konteynerin göndərilməsi onun Orta Dəhlizlə daşımalara təsirini, həmçinin iki ölkənin logistika üzrə tərəfdaşları arasında qarşılıqlı əlaqənin səmərəliliyini təsdiqləyir", - məlumatda vurğulanıb.
Bildirilib ki, Siandakı Qazaxıstan-Çin terminalı istismara verildiyi 2024-cü ilin fevralından etibarən 200 min tondan çox yük emal edib və beynəlxalq ticarətdə mühüm logistika platformasına çevrilib.
Məlumata görə, sözügedən marşrutla əsasən elektronika, mebel və istehlak malları daşınıb.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












