Sığorta şirkətinin əməkdaşı 11 nəfərə qarşı dələduzluq edib

"Günay Sığorta" şirkətinin əməkdaşı 11 nəfərə qarşı dələduzluq edib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə Sumqayıt şəhərində qeydə alınıb. Belə ki, şəhər sakini Mehdi Abbasov idarə etdiyi "KamAZ" markalı yük maşınını sığorta etdirmək üçün həmin şirkətə müraciət edib. Ona şirkətin Anar Aslanov adlı işçisi yaxınlaşaraq nəqliyyat vasitəsini sığorta edəcəyini bildirib və ondan nəzərdə tutulmuş məbləği alıb. Dələduzluq faktı yük maşınına yazılmış cərimələrdən sonra üzə çıxıb. Şirkət ənəkdaşının pulu aldıqdan sonra bildiriş verməsinə baxmayaraq, məbləğin sistemdə öz əksini tapmadığı məlum olub. Zərərçəkmiş Sumqayıt şəhər Polis idarəsinə müraciət edərək ona dəymiş ziyanın geri qaytarılmasını tələb edib.
Məsələ ilə bağlı "Günay Sığorta" şirkətinin rəsmisi Asif Abbasov "Report"un yerli bürosuna vətəndaşın dələduzluqla üzləşdiyini və artıq həmin əməkdaşın işdən kənarlaşdırıldığını bildirib.
Araşdırmalar nəticəsində onun zərəçəkmiş Mehdi Abbasovla birlikdə 11 nəfərə qarşı dələduzluq etdiyi ortaya çıxıb.
Faktla bağlı araşdırma aparılır.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












