Silsilə cinayətlər törədən dəstənin işi məhkəməyə göndərildi

Bakıda silsilə cinayətlər törədən dəstə üzvlərinin istintaqı yekunlaşıb. Avtosfer.az “qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, oğurluq və quldurluq etməkdə təqsirləndirilən Masallı sakinləri Samir Həşimov, Elvin Kazımov və Aysel Məmmədova barəsindəki cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Rahib Salmanovun sədrliyi ilə baxılacaq. Məhkəmənin ilk iclası yaxın günlərdə təyin ediləcək.
Qeyd edək ki, Suraxanı rayon sakini Adil Babayev polisə müraciət edərək bildirib ki, tanımadığı 3 nəfər şəxs idarə etdiyi “Vaz 2106” markalı avtomobilə müştəri kimi əyləşərək onları Türkan qəsəbəsinə aparmağı xahiş edib. Ora çatanda isə həmin şəxslər ona hücum edərək qızıl üzüyünü və 100 manat pulunu quldurluq yolu ilə ələ keçiriblər. Araşdırma zamanı məlum olub ki, onlar sürücünün Bülbülə qəsəbəsində yerləşən evinin və mənzildə olan seyfin açarlarını da əldə ediblər. Daha sonra Elvin Kazımov və Aysel Məmmədova sürücünün yanında qalıb, Samir Həşimov isə zərərçəkənin evinə yollanaraq seyfdə olan 6000 manat pulu ələ keçirib.
Araşdırma zamanı dəstə üzvlərinin Xətai rayonunda yerləşən vətəndaş Mətanət Əzizovanın evinə oğurluq məqsədi ilə daxil olduqları və həmin mənzildən 5000 manat dəyərində qızıl və məişət əşyaları götürərək satdıqları məlum olub.
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB










