Silsilə oğurluqlar edən şəxslər tutulub - Salyanda

Salyan rayonunda silsilə oğurluqlar edən şəxslər tutulub. DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Avtosfer.az-a məlumat verilib.
Məlumatda bildirilib ki, Salyan rayon sakini Xanhüseyn Heybətov yanvarın 1-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək həyətindəki tövlədən 4 baş xırdabuynuzlu heyvanın oğurlandığını bildirib.
Salyan RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayonun Çuxanlı kənd sakinləri Böyükkişi Hacıyev və Elmar Şıxəliyev saxlanılıb.
Dindirilmə zamanı saxlanılan şəxslər törətdiyi cinayət əməlini etiraf edib. Ətraflarında aparılan araşdırmalar zamanı onların digər oğurluq əməllərində də iştirakının olduğu məlum olub. Belə ki, onlar müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus 4 tövlədən 23 baş xırdabuynuzlu heyvanı və marketlərin birindən ümumi dəyəri 2000 manat olan ərzaq və tütün məmulatlarını oğurladıqları məlum olub.
Faktla bağlı Salyan RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…
QHT Agentliyinin dəstəyi ilə yol hərəkəti təhlükəsizliyi müzakirə olundu; təkliflər səsləndirildi - VİDEO










