Şirkət “Bakı Metropoliteni”ni məhkəməyə verdi - Ödənişdən narazıdır

“Bakı Metropoliteni”ndə quraşdırma işləri həyata keçirən şirkət qurumu məhkəməyə verib. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumata görə, metroda təmir və avadanlıqların quraşdırılması işlərini görən “Safe Life” MMC metropoliteni müqavilə üzrə öhdəlikləri yerinə yetirməməkdə ittiham edib.
Şirkət yanğın və mühafizə siqnalizasiyası; sulu, qazlı, köpüklü yanğın söndürmə sistemlərinin; kamera-nəzarət və girişə nəzarət sistemlərinin; yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılmasını; yeraltı və yerüstü avto dayanacaqlarda naviqasiya və ödəmə sistemlərinin quraşdırılması ilə məşğul olur. Metronun yeni stansiyalarında bu işləri görsələr də, ödənişdə razılığa gələ bilməyiblər. MMC ödənişin tam həyata keçmədiyini iddia edir.
“Bakı Metropoliteni” isə bu ittihamı qəbul etmir. Qurumun sözçüsü Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, hazırda iş məhkəmə prosesində olduğu üçün bundan başqa mövqe bildirmək istəmirlər: “Hər şey məhkəmənin qərarı ilə ortaya çıxacaq”.
İddiaya 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılacaq.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












