Şirvanda narkotiklə saxlanılan şəxslərin birgə oğurluq etdikləri məlum olub

Şirvanda narkotiklə saxlanılan şəxslərin birgə oğurluq etdikləri məlum olub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a məlumat verilib.
Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər məhkum olunmuş Pünhan Tağıyev və Mirzəli Məmmədov polis əməkdaşları tərəfindən müxtəlif vaxtlarda saxlanılaraq şöbəyə gətirilib. Onların üzərində axtarış keçirilən zaman şəxsi istehlak miqdarından artıq heroin və qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Ətraflarında aparılan əməliyyat zamanı onların birgə cinayət əməlində də iştirakının olduğu müəyyən edilib. Belə ki, saxlanılan şəxslərin bir müddət əvvəl vətəndaşa məxsus fərdi yaşayış evinə daxil olaraq oradan ümumi dəyəri 1990 manat olan məişət əşyalarını oğurladıqları məlum olub. Onlar törətdikləri cinayət əməlini etiraf ediblər.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












