“Siz uça bilməzsiniz” - Ana və oğlunu təyyarədən qovdular

Amerikalı Cordan Fleyk 1 yaşlı körpəsi Ceksonla Dalalsa həyat yoldaşı ilə görüşə getdiyi zaman təyyarədən qovulub. Avtosfer.az sputnik-ə istinadən xəbər verir ki, təyyarə mindikdən sonra bələdçi Fleykə yaxınlaşaraq uşağının və özünün üzündə olan qızartıların nə olduğunu soruşub.
Bundan sonra o, Fleykdən uçuş üçün həkim icazə tələb edib. Qadın izah edib ki, o və oğlu dərinin quruluğu və qabıq verməsi ilə müşahidə edilən nadir genetik xəstəlik olan ixtioz xəstəliyindən əziyyət çəkirlər. Bələdçi xəstəlik haqqında internetdən məlumat almağa gedib, qayıdanda isə Fleykdən təyyarəni tərk etməyi xahiş edib. Qadının sözlərinə görə, o təyyarəni tərk edən zaman digər bələdçi onun ünvanına kobud söz deyib.
"Məni həyatda bu günə qədər belə alçaltmamışdılar. Mən onlara məktub göndərmişəm və cavab gözləyirəm. Artıq insanları dinləməyə başlayın" – deyə qadın qeyd edib.
Fleykin atası Li Smit də qızı haqqında öz fikrini bildirib. O, qeyd edib ki, qızı bu xəstəliklə doğulub və belə davranışa layiq deyil: "Mənim qızım gözəl qızdır. Hərbçinin həyat yoldaşı və gözəl anadır".
Amerikan Airlines nümayəndələri Fleyk və oğlundan üzr istəyərək, baş verən hadisəni araşdıracaqlarını bildiriblər.

Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












