Banner

Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO

Gündəm 2 Noyabr 2026 17:24
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
WhatsApp kanalımıza abunə olun

Bakının küçə və səkilərində skuterlərin düzgün park edilməməsi problemlərdən birinə çevrilib. Bəzi hallarda nəqliyyat vasitələri piyadaların hərəkətinə mane olacaq şəkildə saxlanılır, bəzən isə düzgün park edilmiş skuterlər kənar şəxslər tərəfindən aşırılır. Bu isə həm şəhər mühitində narahatlıq yaradır, həm də məsuliyyət məsələsini gündəmə gətirir.

Mövcud qanunvericilikdə skuterlərin düzgün park edilməməsinə görə cərimələr nəzərdə tutulsa da, bu qaydaların praktikada tətbiqi müəyyən çətinliklərlə müşayiət olunur.

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, problem təkcə qaydaların pozulması deyil, həm də məsul şəxslərin müəyyənləşdirilməsi mexanizminin mürəkkəb olmasıdır.

“Skuter və velosipedlər bəzən kiçik nəqliyyat vasitələri kimi qəbul edilsə də, onların düzgün idarə olunmaması insan həyatı üçün ciddi təhlükə yarada, hətta ölümlə nəticələnə bilər. Buna görə də bu nəqliyyat vasitələrindən istifadə zamanı yol hərəkəti qaydalarına əməl etmək vacibdir.
Bəzi şəxslər skuter və velosipedlərin kiçik ölçülü olmasını əsas gətirərək onları istədikləri kimi idarə edə və istənilən yerdə hərəkət etdirə biləcəklərini düşünürlər:
“Bu yanaşma yanlışdır. Məsuliyyətsiz davranışlar indiyədək çoxsaylı qəzalara və insan tələfatına səbəb olub”.

Ekspertin sözlərinə görə, hazırda bu istiqamətdə maarifləndirmə işləri aparılır, yol polisi də müvafiq çağırışlar edir:
“Lakin görülən tədbirlər hələlik gözlənilən nəticəni vermir. Bu cür məsuliyyətsiz davranışlar gələcəkdə skuterlərin hərəkətinin məhdudlaşdırılması ilə nəticələnə bilər. Nəzərə almaq lazımdır ki, bir çox ölkələrdə artıq bu istiqamətdə müxtəlif məhdudiyyətlər tətbiq olunur”.

Elməddin Muradlı qeyd edib ki, skuterlərin düzgün park edilməməsinə və hərəkət qaydalarının pozulmasına görə cərimələr nəzərdə tutulsa da, onların tətbiqi mexanizmi müəyyən çətinliklər yaradır.
“Məsələn, skuter sahibi nəqliyyat vasitəsini qaydalara uyğun park etdikdən sonra başqa bir şəxs onu ayağı ilə vuraraq aşırda bilər. Belə hallarda məsul şəxsi müəyyənləşdirmək və ona cərimə tətbiq etmək çətinləşir”./Ucnoqta.az

Oxunub : 116
ŞƏRH YAZ
Ad

E-mail

Şərh