Sloveniya Orta Dəhliz vasitəsilə logistik əlaqələri genişləndirə bilər - Nazir

Azərbaycan Şərq-Qərb istiqamətində yüklərin daşınması üçün Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) inkişafında mühüm rol oynayır.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Sloveniyanın xarici və Avropa işləri naziri Tanya Fayon Bakıda keçirilən Azərbaycan-Sloveniya biznes forumunda bildirib.
"Bu yol Asiya və Avropa arasında ən sürətli və birbaşa marşrut ola bilər. Bu gün səhər biz Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla bu məsələni, o cümlədən Sloveniyanın Avropanın mərkəzində mühüm rolunu və logistika əlaqələrinin genişləndirilməsi üçün potensial təqdim edən Koper limanını müzakirə etmək imkanı əldə etdik", - o qeyd edib.
Xatırladaq ki, Orta Dəhliz Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Çin və Avropa ölkələrini birləşdirən beynəlxalq nəqliyyat dəhlizidir. Assosiasiya zəruri informasiya dəstəyini təmin edir, inzibati prosedurların sadələşdirilməsinə, rəqabət mühitinin yaradılmasına kömək edir və müxtəlif ölkələrdən, o cümlədən coğrafi cəhətdən birbaşa TBNM boyunca yerləşməyən ölkələrdən olan iştirakçılar üçün maksimum səmərəliliyi təmin edir.
2024-cü ildə TBNM ilə yükdaşımaların həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə 5,2 milyon ton yükün daşınması proqnozlaşdırılır ki, bunun da 4,2 milyon tonu TBNM-ə üzv ölkələrdən keçəcək. Bu həcmdə 2,5 milyon ton quru yük (96 min TEU), 1,7 milyon ton isə neft olacaq. 2027-ci ilə qədər marşrutun gücü 10 milyon tona çata bilər.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












