SOCAR “Poet Qabil” gəmisinin adını dəyişib - “Palmali”dən açıqlama

“Palmali” Şirkətlər Qrupunun 2015-ci ildə suya buraxdığı “Poet Qabil” gəmisinin adının dəyişdirildiyi barədə məlumatlar yayılıb. Avtosfer.az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, Azərbaycanın Xalq şairi, mərhum Qabilin adı verilmiş “Poet Qabil” gəmisi hazırda “BLUE LAKE STAR” adlanır.
“Palmali” Şirkətlər Qrupunun RST22M layihəsi üzrə inşa etdirdiyi Armada tipli, 7100 tonluq neft tankerinin artıq yeni ad altında üzdüyü bildirilir.
“Palmali” Şirkətlər Qrupundan bildirilib ki, həmin gəmi artıq onlara məxsus deyil: “2017-ci ildə SOCAR-la birlikdə ortaq şirkət quruldu. Həmin vaxt “Poet Qabil” gəmisi ilə birgə 5 gəmi “Palmali” Şirkətlər Qrupuna məxsus idi. Bunlar “Poet Qabil”, “Borçalı”, “Məcid Aslanov”, “Begim Aslanova”, ”Armada Fair” gəmiləri idi”.
“Palmali”dən bildirilib ki, ortaqlıq dayandırıldıqdan sonra həmin 5 gəmi SOCAR-da qalıb.
“Məhz SOCAR-ın sərəncamına keçdikdən sonra gəmilərin adı dəyişdirilib. SOCAR tərəfindən həmin gəmirlərin satıldığına və ya onlarda qaldığına dair məlumatımız yoxdur.
“Palmali” Şirkətlər Qrupu Azərbaycanın ictimai həyatında mühüm rol oyanayan, tanınmış şəxslərə hər zaman böyük diqqət və sayğı ilə yanaşır”, -deyə Şirkət bəyan edib.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










