Şokolad almaq üçün avtomobillə mağazaya girdi - FOTO

Xorvatiyanın “Osiek” klubunun futbolçusu Petar Boçkay saxlanılıb. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, buna səbəb Boçkayın sərxoş halda idarə etdiyi avtomobillə mağazaya daxil olması olub. Sevgilisi ilə Xorvatiyada konsertdən qayıdan Boçkay, şokolad almaq üçün yanacaqdoldurma məntəqəsindəki mağazaya gedib, ancaq heç kimin olmadığını görərək, yenidən maşınına qayıdıb. Satıcını gözləmək istəməyən xorvat futbolçu, bu dəfə maşınıyla mağazaya daxil olub.
Hadisə zamanı bir neçə şəxsə xəsarət yetirən futbolçu, qaçmağa cəhd etsə də, polis tərəfindən saxlanılıb. 12 saat nəzarətdə qalandan sonra buraxılan Boçkayın bu hərəkətindən sonra klubu “Osiek”, onun müqaviləsinə xitam verib. Onun avtomobili sərxoş halda idarə etdiyi də qeyd olunub.
2017-ci ildən “Osiek”də çıxış edən Boçkay, 21 yaşadək futbolçulardan ibarət Xorvatiya millisinin də formasını geyinib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












