SOMDA-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub - FOTOLAR

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində (SOMDA) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub.
SOMDA-nın mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə. tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin büstü önünə əklil qoyaraq, əziz xatirəsinə ehtiramlarını nümayiş etdiriblər. Agentliyin inzibati binasında dahi rəhbərin zəngin dövlətçilik irsini, genişmiqyaslı siyasi və ictimai fəaliyyətini əks etdirən xüsusi stendlərlə tanışlıq olub.
Tədbirin rəsmi hissəsində Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Ulu Öndərin dövlət müstəqilliyimizin qorunması, Azərbaycanda dövlətçilik ənənələrinin formalaşdırılması və möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin bərqərar edilməsi, ordu quruculuğu, iqtisadi inkişafın təmin olunması və digər istiqamətlərdə misilsiz xidmətlər göstərdiyini vurğulayıblar. Qeyd olunub ki, Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar və təməli qoyulan “Əsrin müqaviləsi” kimi qlobal layihələr Azərbaycanın bugünkü dinamik inkişafının əsasını təşkil edir. Tədbir çərçivəsində “Ümummilli Lider Heydər Əliyevin enerji strategiyası” və “Heydər Əliyev - sabitliyə gedən yol” mövzularında məruzələr dinlənilib.
Sonda dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən “İz” sənədli filmi nümayiş olunub.




İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












