Sosial şəbəkələrdə gündəm olan velosipedçilər danışdılar - VİDEO

Sürətlə dar küçələrdən və pilləkənlərdən enib qalxırlar, hər kəs onları həm həyəcanla, həm də narahatlıqla izləyir. Kimisi onların hərəkətlərini ekstrim, kimisi hobbi, kimisi isə təhlükəli manevr kimi qiymətləndirir.
Avtosfer.az xəbər verir ki, onlar üç dostdur, biri 7, digəri 8, o birisi isə 4 ildir artıq idmanın bu növü ilə məşğul olduğunu fəxrlə deyir. Asudə vaxtlarını birlikdə keçirdiklərini dilə gətirirlər.
"Təhlükəli halla qarşılaşacağınız təqdirdə vəziyyətdən necə çıxırsınız?", - sualını isə hər kəs özünəməxsus cavablandırır.
Hər üç müsahib dərslərini yaxşı oxuyur. Deyirlər ki, velosipedə olan bu sevgi onların idman sahəsində gələcək karyeralarının başlanğıcıdır. Hər üçü idmanın bu növü üzrə peşəkar təhsil almaq üçün Avropaya üz tutacaqlarını dilə gətirir. Onların yeganə narahatlığı məşq üçün şəhərdə uyğun ərazilərin olmamasıdır.
Azərbaycan Velosiped İdman Federasiyasının məşqçisi Səhər Mehman qeyd edib ki, sosial şəbəkələrdə yayılan görüntülər insanlarda təşvişə səbəb olsa da, idmanın bu növünə yeniyetmələr arasında böyük həvəs var.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR












