Sovet Azərbaycanında 8 Mart təbliğatı - FOTOLAR

8 Mart Beynəlxalq Qadınlar gününə ən çox diqqət yetirən ölkə keçmiş SSRİ olub desək, yanılmarıq. İttifaqın bir subyekti olan Azərbaycan SSR də istisna deyildi.
Avtosfer.az xəbər verir ki, Sovet Azərbaycanında 8 Mart iş günü hesab edilirdi. Ən əsası isə, bu bayram təbliğat üçün əla fürsət idi. Sovet adamı Klara Setkinlə bağlı məhdud da olsa məlumata malik idi. Təbliğat maşını hər ilin martında Setkini yada saldıqdan sonra yenidən sinfi düşmənlərə yönəlirdi.
Azərbaycan SSR-də 8 mart təbliğatı üçün əsas vasitə plakatlar idi. Bu plakatlar ittifaqın hansısa mətbəəsində milyonlarla nüsxə tirajlanaraq bütün ölkədə yayılırdı. Eyni plakatı Şəkidəki “Şəfəq” kolxozunda da görmək olardı, Ukraynadakı Telman adına sovxozda da. Lakin fərqlər də yox deyildi.
Təbii ki, sovet təbliğatı yerli adət-ənənəni də nəzərə alırdı. Bunu elə elmi kommunizm nəzəriyyəsi də tələb edirdi. Məsələn, istehsalla bağlı plakat bütün sovet respublikalarında istifadə edilə bilərdi. Lakin, “doloy çadra” posterləri yalnız Şərq xalqları, xüsusən də Azərbaycan üçün spesifik idi. Nakam şairimiz Mikayıl Müşfiqin yazdığı kimi:
“Düşün, bil ki, o çadra, bayquş qanadlı çadra
Şərqin qaranlıq, siyah mühitindən toxunmuş”.
Bu plakatlarda təbliğ olunan ideyaların pis və ya yaxşı olmasını qiymətləndirməyi hörmətli oxucunun ixtiyarına buraxıram. Lakin necə olmasından asılı olmayaraq bu, bizim xalqımızın tarixidir. Tarixi isə öyrənmək və hörmətlə yanaşmaq lazımdır.
Vüqar Yaşaroğlu
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX






















