“Sovetski”də 1876-cı ilə aid olduğu deyilən bina sökülür? – VƏTƏNDAŞ ŞİKAYƏTi - FOTO

Təzəpir məscidi və “Nizami” metro stansiyası ətrafında aparılan söküntü işləri ilə bağlı yayılan məlumatlarda bildirilir ki, ərazidə memarlıq abidəsi statusu daşımayan, lakin tarixi dəyəri olan binaların qorunması nəzərdə tutulur.
Avtosfer.az xəbər verir ki, sakinlərdən biri söküntü planına salınan binanın da tarixi əhəmiyyət daşıdığını iddia edir.
Murtuza Muxtarov küçəsi 105 ünvanında yerləşən tikilinin sakini bildirib ki, binanın üzərində inşa tarixini göstərən lövhə olub, lakin söküntü xəbərləri yayılandan sonra həmin lövhə gecə saatlarında gizli şəkildə çıxarılıb. Onun sözlərinə görə, bina möhkəm konstruksiyaya malikdir:
“İkimərtəbəli binanın hər otağından digərinə qapı var. Divarların qalınlığı 80 santimetrdir. Zəlzələ vaxtı nə titrəyiş hiss olunur, nə də divarlarda çat əmələ gəlir.”
Sakinin iddiasına görə, bu bina vaxtilə şamaxılı ipək taciri Əbdül Kərim ağa tərəfindən tikdirilib və hazırda onun nəvələri burada yaşayır.
Hazırda sakinlər binanın tarixi dəyərinin tanınması və söküntüdən qorunması üçün məsələni gündəmə gətiriblər. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sosial şəbəkələrdə yayılan bu kimi paylaşımlar ictimaiyyəti çaşdırmaq və süni narazılıq yaratmaq məqsədi daşıyır. Qurumun məlumatına görə, “Sovetski” ərazisində ümumilikdə 150-yə yaxın tarixi bina qorunub saxlanılır və yalnız istismar müddəti başa çatmış, qəzalı vəziyyətdə olan tikililərin söküntüsü həyata keçirilir.
Rəsmi açıqlamada qeyd olunub ki, bu proses tarixi binalara zərər yetirilmədən aparılır, qəzalı tikililərin söküntüsü başa çatdıqdan sonra isə ərazidə yerləşən arxitektur binaların bərpası və möhkəmləndirilməsi planlaşdırılır. Ərazidə yaşayan sakinlərə bazar dəyərinə uyğun kompensasiyanın ödənildiyi də vurğulanıb.
Daha əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də yayılan məlumatların həqiqətə uyğun olmadığını açıqlamışdı.
Qeyd edək ki, Əbdül Kərim ağa tərəfindən tikildiyi və 1876-cı ilə aid olduğu iddia olunan binanın qorunması vacib binalar siyahısında olub-olmaması ilə bağlı hansısa açıqlama verilməyib. Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu ünvanladıq. Açıqlama verilən kimi xəbər yenilənəcək.
Eltac Zülfüqaroğlu
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA















