“Sovetski”də başladılan sökülmə işləri qanunsuzdur? – QURUMLAR MƏSƏLƏDƏN XƏBƏRSİZDİR - VİDEO

Ötən günlərdə paytaxtın keçmiş “Sovetski” məhləsindən geriyə qalan ərazilərinin də sökülməsi ilə bağlı işlərin planlaşdırılması mövzusunda xəbər dərc etmişdik. Yerli əhəmiyyətli memarlıq abidəsi olan yaşayış binasında 1 aydır qanunsuz söküntü işləri aparılır, amma bu işi görənlərin kimliyi açıqlanmır, ya da məlum deyil.
Avtosfer.az xəbər verir ki, bir hissəsi Bakının Yasamal, digər hissəsi isə Səbail rayonunun ərazisinə düşən küçədə söküntü işləri başlanıb.
Belə ki, Səid Rüstəmov küçəsinə parallel olan Rostropoviçlər küçəsi 19 ünvanında yerləşən ikimərtəbəli binanın daxilinin ümumiyyətlə dağılması ilə bağlı görüntülər yayılıb. Bura şəhərin mərkəzidir, görkəmli musiqiçilər Leopold və Mstislav Rastropoviçlərin ev-muzeyi də sözügedən binaya bitişikdir. Bəs belə bir yerdə kim və necə qanunsuz söküntü işi apara bilər?
“Memarlıq abidəsinə müdaxilə faktı” yanvarın 9-da aşkar edilib. Söküntü işləri dayandırılıb, amma yanvarın 19-da yenidən təkrarlandığı məlum olub. Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, eləcə də Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin açıqlamaları var. Amma söküntü işini görənlər barədə heç nə deyilməyib.
AzTV-nin efirində yanvarın 18-də yayımlanan süjetindən isə məlum olub ki, 16 ailənin yaşadığı binada artıq 4 mənzil alınıb və mənzillərdə söküntü işləri aparılıb.
Ənənəvi olaraq, həftəsonu, iş günləri olmayan günlərdə, qanunsuz nə söküntü, tikinti işləri varsa, həyata keçirilir. Bakı şəhərinin tarixi mərkəzi, planlaşdırılan və artıq kiçik kiçik başlayan tarixi mərkəzin söküntüsü, qanunsuzdur, bu ərazilər yeni təsdiqlənən baş plana əsasən, 425 hektarlıq ərazi, xüsusi mühafizə zolağıdır. Bu ərazilərdə, hər hansı bərpa, tikinti işlərinə isə, 4 qurumun nümayəndəsinin birgə rəyi olmadan, hər hansı işlərin aprılması, tam qanunsuzdur.
Mövzu ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyətindən isə sorğumuza cavab olaraq bildirilib ki, hazırda ölçü işləri aparılır, sökülmə ilə bağlı qərar verilməyib, olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək.
Səfər
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












