Soyğunçuluqda şübhəli bilinən 4 azərbaycanlının məhkəməsi başlayır

Ukraynanın Lvov vilayətində soyğunçuluq və qətl törətməkdə şübhəli bilinən 4 Azərbaycan vətəndaşının məhkəməsi başlayır. Avtosfer.az-ın "Report"a istinadən xəbər verir ki, bu barədə Lvov vilayətinin prokurorluğunun mətbuat xidmətindən bildiriblər. Məhkəməyəqədərki istintaqın məlumatlarına əsasən, şübhəlilər ötən ilin iyun ayında Brodovski rayonundakı evlərin birinə soyğunçuluq məqsədi ilə basqın ediblər və evin 59 yaşlı sahibini döyərək öldürüblər. Onlar zərərçəkənin baş və boyun nahiyyəsindən metal dəyənəklə vurublar, evin sahibi aldığı xəsarətlərdən xəstəxanada keçinib. Məhkəməyəqədərki istintaq zamanı şübhəlilərin hər biri barəsində girovla azadlığa buraxılma alternativi olmadan nəzarət altında saxlanma tədbiri seçilib.
Qeyd edək ki, məhkəmənin ittiham hökmü çıxaracağı halda təqsirləndirilənlərdən ikisi 7 ildən 12 ilədək, digər ikisi isə 7 ildən 15 ilədək həbs cəzası ala bilər.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










