Soyqırımın vurduğu yaralar heç zaman unudulmayacaq - General

Fevralın 25-də Bakı Şəhər Baş Polis İdarəsində Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirilib. Tədbirin əvvəlində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən rəis müavini, polis general-mayoru Elxan Həsənov Xocalı faicəsinin xalqımıza qarşı törədilən qanlı cinayət hadisələrindən biri kimi tarixə düşdüyünü bildirib. O, qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri dinc əhaliyə divan tutub. Bu qırğın nəticəsində 613 nəfər həlak olub. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca idi, 8 ailə tamamı ilə məhv edilib. Ötən əsrdə dünyanın bir neçə yerində soyqırımı və etnik təmizləmə cinayətləri baş verib ki, Xocalı faciəsi onların içində ən dəhşətlisidir.
Daha sonra Baş İdarə rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi, polis polkovniki Əli Vəliyevin nitqi dinlənilib.
Ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddialarının ötən əsrin əvvəllərindən başlandığını, Ermənistanın aktiv hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olması ilə yanaşı, minlərlə insanın həlak olduğunu, ağır xəsarət aldığını, işgəncələrə məruz qaldığını, 1 milyondan çox insanın qaçqın düşdüyünü xatırladan Ə.Vəliyev bildirib ki, bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olan Xocalı soyqırımı da Azərbaycanın ən ağır faciəsidir, mahiyyəti etibarilə Holokost, Srebrenitsa, Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə eynidir.
Xocalı soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında, ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri qeyd olunub, məhz onun təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin Xocalı soyqırımının müzakirəsinə həsr olunan xüsusi iclası keçirilib, hər il fevralın 26-sının “Xocalılıların soyqırımı günü” kimi qeyd olunması barədə qərar qəbul edilib. Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, Azərbaycan dövləti və hökuməti, Heydər Əliyev Fondu və digər qeyri-hökumət təşkilatları, diaspor qurumları Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atır.
Elmin
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA











