Söyüşə görə müştərisini bıçaqlayan keçmiş məhkumun cəzası azaldılıb

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Fəxrəddin Bəylərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, F.Bəylərovun apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, onun 3 il 2 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası 2 il 8 ay 26 günə endirilib.
İttiham aktına əsasən, haidsə ötən il mayın 21-də Abşeron rayonunun Xırdalan şəhərində baş verib. F.Bəylərov həmin ərazidə icarə əsasında işlətdiyi “Naxçıvan mətbəxi” adlı kafenin qarşısında müştəri olmuş Əhməd Zeynalovdan yedikləri yeməyin və içdikləri içkilərin - 18 manat pulunun ödənilməsini istəyib.
Yaranmış mübahisə zamanı Ə.Zeynalovun yanında olan əmisi oğlu Maarif Zeynalov F.Bəylərovu söyüb-təhqir edib. Daha sonra təqsirləndirilən şəxs F.Bəylərov qəzəblənib və üstündə gəzdirdiyi bıçaqla M.Zeynalovun qarın nahiyyəsindən bir dəfə zərbə endirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Bəylərov (əvvəlki cəzası da) 3 il 2 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Xatırladaq ki, F.Bəylərov daha əvvəl məhkumluq həyatı yaşayıb.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












