Spirtli içkidən zəhərlənmə: 2 ölü

İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Meşkinşəhr rayonunda saxta spirtli içkilərdən istifadə ölümlə nəticələnib. Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Ərdəbil vilayəti inqilab və ümumi prokuroru Tahir Rəsuli İRNA-ya açıqlamasında deyib. Rəsulinin sözlərinə görə, nəticədə biri qadın olmaqla iki nəfər həlak olub. Rəsuli əlavə edib ki, 23 nəfər zəhərlənib və zəhərlənənlərdən biri görmə qabiliyyətini itirib. “Ötən gecədən spirtli içkilərdən zəhərlənmə ilə əlaqədar Meşkinşəhrin xəstəxanasına müraciət etməyə başlanılıb”, - deyə o qeyd edib. Rəsuli zəhərlənənlərin bir tədbirdə olmadığını və ayrı-ayrılıqda müraciət etdiyini deyib. Zəhərlənənlər müalicə olunması üçün təcili yardım avtobusları ilə Ərdəbil xəstəxanalarına daşınıb.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












