Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA

Xəzər dənizindən su götürən şəxslər və müəssisələr üçün yeni tələblər müəyyənləşdirilib.
Avtosfer.az xəbər verir ki, sentyabrın 1-dən etibarən su obyektlərindən xüsusi məqsədlərlə istifadəyə görə ödənişlərin tətbiqinə başlanılacaq.
Mövzu ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Avtosfer.az- açıqlamasında bildirib ki, su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı məsələlər adından məlum olduğu kimi hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən texniki qurğu və avadanlıq tətbiq etməklə su obyektlərindən suyun götürülməsi, tullantı sularının təmizlənərək su obyektlərinə axıdılması və su akvatoriyasından istifadə olunması ilə əlaqədardır.

Suyun götürülməsi zamanı su obyektindən və götürülmə məqsədindən asılı olaraq məbləğlər müxtəlifdir. Belə ki, sənaye məqsədilə Xəzər dənizindən götürülən 100 kubmetr suya görə 0.4 manat, çay və göllərdən götürülən 100 kubmetr suya görə 4 manat, yeraltı sulardan götürülən 100 kubmetr suya görə 40 manat müəyyənləşdirilib. Xəzər dənizinə axıdılan 100 kubmetr tullantı suyu üçün 1 manat, çay və göllərə axıdılan 100 kubmetr tullantı suyu üçün 4 manat nəzərdə tutulur. Bu və digər ödənişlər barədə daha ətraflı məlumatları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 aprel 2026-cı il tarixli 99 nömrəli Qərarı ilə təsdiq edilmiş “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri" qanunvericilik aktından əldə etmək mümkündür.
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin alınması ilə bağlı öncəliklə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ərizə ilə müraciət edilməlidir. Bunun üçün ərizəçi su obyektindən istifadə növündən və hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmasından asılı olaraq tələb olunan sənədləri təqdim etməli, icazə alındıqdan sonra müqavilə bağlamalı və 2026-cı ilin sentyabrın 1-dən su obyektindən istifadə üçün ödəmələri həyata keçirməlidir.
Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin alınması proseduru Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 18 dekabr tarixli 554 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası” ilə müəyyən edilib.
Məsələ ilə bağlı ekoloq Ənvər Əliyev bildirib ki, bir müddət əvvəl Prezident su ehtiyatlarının idarə olunması ilə bağlı sərəncam imzalayıb:

“Həmin sərəncama əsasən, müəyyən dərinlikdən götürülən su ehtiyatlarının istifadəsi üçün xüsusi icazə və ödəniş mexanizmi tətbiq olunur.
Bu məsələnin detalları, o cümlədən tariflər Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir. Xəzər dənizindən və digər su ehtiyatlarından istifadə məsələsi artıq müəyyən qaydalar çərçivəsində tənzimlənəcək. Hazırda bəzi şəxslər müxtəlif vasitələrlə dəniz suyundan istifadə edir, sahələri zəbt edir və öz qaydalarını formalaşdırırlar. Buna görə də müəyyən tənzimləmələrin aparılması zəruridir. Ödənişlərin hansı həcmdə olacağı və bunun vətəndaşlara necə təsir göstərəcəyi isə zamanla məlum olacaq. Bu mərhələdə dəqiq qiymətləndirmə aparmaq çətindir".
Ekoloq qeyd edib ki, əvvəllər Xəzər dənizindən ümumi istifadə zamanı belə problemlər müşahidə olunmurdu:
“İndi isə tətbiq edilən yeniliklərin nəticələri müəyyən müddətdən sonra daha aydın görünəcək. Xüsusilə də bu sudan istifadə edən vətəndaşların mövqeyi və ictimai rəy maraqlı olacaq. Məsələ təkcə Xəzərlə bağlı deyil. Regionlarda bulaq və digər su mənbələrindən həm məişətdə, həm içməli su kimi, həm də təsərrüfat məqsədləri üçün istifadə olunur. Bu dəyişikliklərin həmin sahələrə necə təsir göstərəcəyini zaman göstərəcək. Ümumilikdə, məqsəd su ehtiyatlarının qorunması və onlardan səmərəli istifadənin təmin edilməsidir. Lakin bəzi sahələrdə müəyyən çətinliklər və əlavə problemlər yarana bilər. Buna görə də tətbiqin nəticələrini müşahidə etdikdən sonra daha dolğun fikir bildirmək mümkün olacaq.
Fatimə Dadaşova
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtda prospekti təmir məqsədilə qazıb aylardır asfaltlamırlar – ŞİKAYƏT - VİDEO
Coratdakı çimərlik çəpərlənir; yenə restoran tikiləcək? – İDDİDA - VİDEO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
“Azeri Light” 86 dollara düşdü: Neftin ucuzlaşması Azərbaycana necə təsir edəcək? - AÇIQLAMA
Bakıdakı bu bina niyə tarixi abidə siyahısından çıxarılıb? – FOTO
Bu küçədə nə zibil yığışdırılır, nə də ağaclar budanır - ŞİKAYƏT – VİDEO










